Futbol üzrə Çempionlar Liqasında ilk finalçının adı müəyyənləşib. SİA-nın məlumatına görə, yarımfinalın cavab matçında “Real” “Bavariya”nı qəbul edib. Matç 2:2 hesablı heç-heçə ilə başa çatıb. İlk oyunda 2:1 hesabı ilə qalib gələn Madrid klubu finala adlayıb.
"Kral klubu" ardıcıl 3-cü mövsüm finalda oynayacaq.
Yarımfinalın digər matçında "Roma" "Liverpul"u qəbul edəcək.
1 may
Çempionlar Liqası
Yarımfinalın cavab oyunları
“Real” - “Bavariya” 2:2
Qollar: Kərim Benzema, 11, 46 - Jozua Kimmix, 3, Hames Rodriqes, 63.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB