İspaniya portalı: “Danimarka Qran-Prisi Azərbaycandan nümunə götürür”

İspaniya portalı: “Danimarka Qran-Prisi Azərbaycandan nümunə götürür”

İspaniyanın www.caranddriver.es portalında “Danimarka Qran-Prisi Azərbaycandan nümunə götürür” sərlövhəli məqalə dərc edilib. Məqalədə deyilir ki, danimarkalı təşkilatçılar Bakıya, Azərbaycan Qran-Prisinin təşkilatçıları ilə məsləhətləşmələrə gediblər.

Danimarka Qran-Prisini də Kopenhagen şəhərinin küçələrində görmək istəyən təşkilatçılar hazırkı təqvimdə əsas şəhər yarışı olan, Bakıda keçirilən Azərbaycan Qran-Prisinin təşkilatçılarından məsləhət istəyirlər.

Danimarka Qran-Prisinin keçirilməsinin planlaşdırıldığı Kopenhagen trasının layihəsi artıq memar Herman Tilke tərəfindən razılıqla qarşılanıb.

Bütün xəbərlər Facebook səhifəmizdə