Bədii gimnastika üzrə 17-ci açıq Azərbaycan birinciliyi və Bakı çempionatına yekun vurulub
Bakı Olimpiya İdman Kompleksində keçirilən bədii gimnastika üzrə 17-ci açıq Azərbaycan birinciliyi və Bakı çempionatına yekun vurulub. SİA-nın məlumatına görə, yarışda 6 yaş qrupu (1995-1997, 1998, 1999, 2000, 2001 və 2002-ci il) üzrə Bakı Gimnastika Məktəbinin, Respublika Kompleks İdman Məktəbinin, "Neftçi", "Təhsil", "Spartak", "Sərhədçi", "Zirvə" idman cəmiyyətinin və mərkəzlərinin komandalarının, Gəncə idmançıları ilə yanaşı Gürcüstan, Rusiya, Özbəkistan və Ukraynanın gənc gimnastları mübarizə aparıb.
Turnirdə Darya Sorokina (2002-ci il, Azərbaycan), Leyli İbrahimova (2001-ci il, Azərbaycan), Jalə Piriyeva (2000-ci il, Azərbaycan), Aleksandra Telegina (1999-cu il, Rusiya), Viktoriya Sıtnikova (1998-ci il, Ukrayna) və Anastasiya Mulmina (1995-1997-ci illər, Ukrayna) fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar.
2000-2003-cü il təvəllüdlü idmançılardan ibarət qrup komandaların mübarizəsində isə Respublika Kompleks İdman Məktəbinin komandası birinci, "Spartak-
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB