“Real”ın yeni forması bu cür olacaq

“Real”ın yeni forması bu cür olacaq

İnternetdə “Real”ın 2018-19 mövsümündə istifadə edəcəyi ev formasının şəkilləri yayılıb. Apasport.az saytının məlumatına görə, formada ənənəvi olaraq, ağ rəngə üstünlük verilib. Şort və köynəyin üzərində həmçinin qara cizgilərə də rast gəlmək mümkündü.

Yeni forma ilə Madrid klubunun 2005-06 mövsümündəki forması arasındakı bənzərlik diqqətdən qaçmayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə