Güləşçimizi uduzduran hakimlər cəzalandırıldı - FOTOLAR

Güləşçimizi uduzduran hakimlər cəzalandırıldı - FOTOLAR

Güləş üzrə Avropa çempionatının ilk günündə İslam Abbasovun Rusiya təmsilçisi Bekxan Ozdoevlə qarşılaşdığı yarımfinal görüşündə nəticəyə təsir edən hakim səhvi ilə bağlı Azərbaycan Güləş Federasiyasının rəhbərliyi Dünya Güləş Birliyinə (DGB) şikayət edib. SİA-nın məlumatına görə, görüş ərzində rusiyalı idmançı İslamın trikosundan dartaraq müdafiə olunmağa çalışıb, hakimlər isə idmançıya heç bir xəbərdarlıq etməyib. DGB Hakimlər Kollegiyasının sədri Antonio Silvestri hakimlərin etdiyi səhvə görə üzrxahlıq edib, görüşü idarə edən Finlandiya, Belarus və Almaniya təmsilçisi hakimlər 1 (bir) günlük çempionatı idarə etməkdən məhrum ediliblər.

Xatırladaq ki, güləş qaydalarına əsasən rəqibin geyimindən tutduğuna görə idmançı 2 xal və xəbərdarlıqla cəzalandırılır. Belə olacağı təqdirdə İ.Abbasov görüşü qalib başa vurub, finala yüksələcəkdi.

Bütün xəbərlər Facebook səhifəmizdə