Mançini İtaliya millisi ilə anlaşıb

Mançini İtaliya millisi ilə anlaşıb

"Zenit" klubunun baş məşqçisi Roberto Mançini futbol üzrə İtaliya milli komandası ilə anlaşıb. SİA-nın məlumatına görə, İtaliya mətbuatında qeyd olunur ki, bu barədə rəsmi açıqlamanın mayın sonlarınadək veriləcəyi gözlənilir. 53 yaşlı mütəxəssisin millidə mayın 28-də Səudiyyə Ərəbistanı yığması ilə yoldaşlıq görüşündə debüt edəcəyi bildirilir. Daha bir namizəd Karlo Ançelottinin isə millidə işləməkdən imtina etdiyi qeyd edilir.

Xatırladaq ki, Roberto Mançini Zenit'ə 2016-2017 mövsümü ərəfəsində baş məşqçi təyin olunub. Onun klubla müqaviləsi 2020-ci ilədək nəzərdə tutulub.

Bütün xəbərlər Facebook səhifəmizdə