"Bakı" yoldaşlıq oyununda qalib gəlib

"Bakı" yoldaşlıq oyununda qalib gəlib

"Bakı" klubu təcrübəli məşqçi Nadir Qasımovun rəhbərliyi altında I divizyonda mübarizə aparan "Şuşa" klubu ilə qarşılaşıb. Klubun mətbuat xidmətindən SİA-ya verlən məlumata görə, Vinfrid Şefer bu oyunda əsas heyətdə oynamaq imkanı olmayan və əvəzedici heyətdən bəyəndiyi futboçuları sınayıb.

Əvəzedicilərdən Ayxan Əsədov, Nurlan Novruzov, Nicat Abdullayev, Şəhriyar Əliyev, Səbuhi Həsənov, Orxan Müzəffərli oynamaq imkanı qazanıblar. Zədə səbəbindən iki ay ərzində yaşıl meydanlardan kənar qalan kamerunlu Joel Epalle, iki həftə əvvəl məşqdə topuğundan zədələnən Emin Cəfərquliyev də meydana çıxıblar.

Əsas heyət futbolçularından Mahmud Qurbanov, Vadim Borets  və Vyaçeslav Sofroni 90  dəqiqə meydanda olublar. Birinci hissədə Şefer əvəzedici heyətdən 6 futbolçuya  forma geyinmək şansı verib.

Hesabı oyunun 30-cu dəqiqəsində penalti zərbəsi ilə Mahmud Qurbanov açıb. Bir neçə dəqiqə sonra gənc futbolçu Nurlan Novruzov hesab arasındakı fərqi iki topa çatdırıb - 2:0.

Fasiləyə iki top fərqi ilə yollanan komanda ikinci hissəyə də fəal başlayıb. Sonadək meydanda üstün olan komandamızın səylərinə və çoxsaylı qol imkanları yaratmasına baxmayaraq hesab dəyişməyib. Qarışıq heyətlə oynayan komanda "Şuşa"nı 2:0 hesabı ilə məğlub edib.

Bütün xəbərlər Facebook səhifəmizdə