Yeniyetmələrin Respublika turnir yekunlaşdı, gənclər “Hünər meydanı”na toplaşır
"Sərhədçi" Olimpiya İdman Mərkəzində Helsinki Olimpiya Oyunlarının gümüş mükafatçısı Rəşid Məmmədbəyovun xatirəsinə həsr olunmuş güləş üzrə Respublika turniri başa çatdı. Azərbaycan Güləş Federasiyasının mətbuat xidmətindən SİA-ya verilən məlumata əsasən, Respublika turnirinin son günündə yunan-Roma güləşi üzrə 46, 54, 63, 76 və 100 kq çəki dərəcələrində 109 güləşçi mübarizə aparıb. Qalib və mükafatçılar aşağıdakı kimidir:
46 kq
1. Kərim Cəfərov – 1 saylı nümayəndəlik, Bakı, Xəzər-Lənkəran (şəxsi məşqçisi Akif Əliyev)
2. Aydın Məmmədov – 1 saylı nümayəndəlik, Bakı, Gənclik GK (şəxsi məşqçisi Elşən Eyvazov)
3. Etibar Xəlilov – 2 saylı nümayəndəlik, Sumqayıt (şəxsi məşqçisi Əbülfət Məmmədov)
3. Şəms Əbdülzadə - 8 saylı nümayəndəlik, Naxçıvan, Şərur (şəxsi məşqçisi Səbuhi Əliyev)
54 kq
1. Elman Muxtarov – 1 saylı nümayəndəlik, Bakı, Neftçi İSM (şəxsi məşqçisi Hicran Şərifov)
2. Elmin Abdullayev - 1 saylı nümayəndəlik, Bakı, ROİL (şəxsi məşqçisi İdris Əsədov)
3. Xəqan Aydayev - 1 saylı nümayəndəlik, Bakı, Spartak (şəxsi məşqçisi İmran Qədirov)
3. Nuru Yusifli – 5 saylı nümayəndəlik, Göyçay (şəxsi məşqçisi Kamran Əkbərov)
63 kq
1. Emil Abdullayev – 7 saylı nümayəndəlik, Gəncə, Təhsil İC (şəxsi məşqçisi Mehman Allahverdiyev)
2. İslam Abbasov – 2 saylı nümayəndəlik, Sumqayıt (şəxsi məşqçisi Qərib Əliyev)
3. Orxan Nuriyev – 1 saylı nümayəndəlik, Bakı, Təhsil İC (şəxsi məşqçisi Azər Hüseynov)
3. Nəzirməmməd Mirzəyev – 4 saylı nümayəndəlik, Şirvan (şəxsi məşqçisi Polad Babayev)
76 kq
1. Elməddin Ramazanov – 1 saylı nümayəndəlik, Bakı, Cəngi GK (şəxsi məşqçisi Hicran Şərifov)
2. Təhmasib Ağayev - 1 saylı nümayəndəlik, Bakı, Cəngi GK (şəxsi məşqçisi Hicran Şərifov)
3. Salam Məmmədli - 1 saylı nümayəndəlik, Bakı, Pəhləvan GK (şəxsi məşqçisi Asif Nəsibov)
3. Hüseyin Məmişzadə - 5 saylı nümayəndəlik, Göyçay (şəxsi məşqçisi Namət Şirinov)
100 kq
1. Türmən Eyyubov – 1 saylı nümayəndəlik, Bakı, ROİL (şəxsi məşqçisi Vaqif Feyzullayev)
2. Əli Həsənov – 5 saylı nümayəndəlik, Göyçay (şəxsi məşqçisi Namət Şirinov)
3. Roman Əliyev – 2 saylı nümayəndəlik, Zəngilan (şəxsi məşqçisi Vidadi Kərimov)
3. Məhərrəm Alıquliyev – 1 saylı nümayəndəlik, Bakı, Cəngi GK (şəxsi məşqçisi Hicran Şərifov)
Qeyd edək ki, turnirdə ilk üç yeri tutan idmançılar yığma komandaların heyətinə cəlb edilir və beynəlxalq yarışlarda ölkəmizi təmsil etmək hüququ qazanır. Yunan-Roma güləşi üzrə yeniyetmələrin yarışında komanda hesabında AGF-in 1 saylı nümayəndəliyi qalib olub, 6 saylı nümayəndəlik ikinci, 2 saylı nümayəndlik üçüncü yerə yiyələnib.
Xatırladaq ki, bu gündən etibarən gənclər arasında "Hünər meydanı" Respublika turniri start götürür. İlk gün 50, 55, 60, 66 və 74 kq çəki dərəcələrində yunan-Roma güləşçiləri mübarizəyə qoşulacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB