Şenol Günəş karyerasını Qətərdə davam etdirə bilər

Şenol Günəş karyerasını Qətərdə davam etdirə bilər

Son zamanlar "Beşiktaş"dan ayrılacağı ilə bağlı söz-söhbətlər dolaşan Şenol Günəş haqda növbəti iddia ortaya atılıb. SİA-nın məlumatına görə, təcrübəli mütəxəssisin karyerasını Qətərdə davam etdirəcəyi gözlənilir. Bu barədə Türkiyə mətbuatı xəbər yayıb. Xəbərdə qeyd olunur ki, adı açıqlanmayan klub çalışdırıcıya illik maaşı 7 milyon avro olmaqla müqavilə təklif edib. Məlumatda Ş.Günəşin bu təklifə müsbət yanaşdığı qeyd edilib.

Xatırladaq ki, 65 yaşlı mütəxəssis 2015-ci ildən "Beşiktaş"ı çalışdırır.

Bütün xəbərlər Facebook səhifəmizdə