"Beşiktaş" şokda: Neqredo və Pepe üçün mövsüm erkən bitdi

"Beşiktaş" şokda: Neqredo və Pepe üçün mövsüm erkən bitdi

"Beşiktaş"ın futbolçuları Alvaro Neqredo və Pepe üçün mövsüm erkən başa çatıb. Türkiyə mətbuatının yazdığına görə, "Qalatasaray"la son derbi matçında (0:2) zədələnən hər iki oyunçu tibbi müayinədən keçib. Onların mövsümün qalan hissəsini buraxacaqları məlum olub.

Xatırladaq ki, Neqredo İstanbul derbisində 35-ci, Pepe isə 61-ci dəqiqədə zədələnərək meydanı tərk ediblər.

Bütün xəbərlər Facebook səhifəmizdə