“Red Bull Racing”in pilotları Azərbaycan Qran Prisində qəza törətdilər - FOTOLAR - SON DƏQİQƏ
2018 Formula 1 Azərbaycan Qran Prisində daha iki pilot üçün mübarizə başa çatıb. SİA-nın məlumatına görə, bu dəfə “Red Bull Racing” komandasının iki pilotu eyni anda yarışa vida edib. Daniel Rikkardo Maks Ferstappenin bolidini arxadan vurub. M.Ferstappen düzgün manevr etmədiyinə görə, D.Rikkardo əyləci sıxsa da sürəti nizamlaya bilməyib və bolidlər toqquşub. Beləliklə, yarışın bitməsinə 10 dövrə qalmış artıq 5 pilot üçün mübarizə başa çatıb.
Qeyd edək ki, mübarizəni 15 pilot davam etdirir.
Müəllif: Elgün Vidadioğlu
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB