Bakıda F1 yarışının həlledici mərhələsində 2 pilot mübarizəni dayandırdı - FOTOLAR- SON DƏQİQƏ

Bakıda F1 yarışının həlledici mərhələsində 2 pilot mübarizəni dayandırdı - FOTOLAR- SON DƏQİQƏ

2018 Formula 1 Azərbaycan Qran Prisinin həlledici mərhələsi davam edir. SİA-nın məlumatına görə, birinci dövrədə iki pilot mübarizəni dayandırmalı olub. “Force India” komandasının pilotu Eseteban Okon və “Williams” komandasının pilotu Sergey Sirotkin qəza törədiblər. Nəticədə hər iki pilotun bolidi yararsız hala düşüb. Onlar yarışdan kənarlaşmaq məcburiyyətində qalıblar.

“McLaren” komandasının pilotu Fernando Alonsonun isə mübarizə zamanı bolidinin ön və arxa təkəri partlasa da pit-stopa gedərək təkərləri dəyişə bilib və yarışı davam etdirib.

Müəllif: Elgün Vidadioğlu

Bütün xəbərlər Facebook səhifəmizdə