Bakıda külək F1 yarışını daha maraqlı edəcək

Bakıda külək F1 yarışını daha maraqlı edəcək

2018 Formula 1 Azərbaycan Qran Prisinin sərbəst yürüşləri və sıralanma turu zamanı havanın temperaturu 22 dərəcə təşkil edib. SİA-nın məlumatına görə, bu da pilotlar üçün əlverişli olub. Axşamdan başlayan güclü külək bu gün də davam edir. Bakının küləyi pilotların işini çətinləşdirib.

Mütəxəssislər praqnozlaşdırır ki, külək Formula 1 yarışlarının finalına kimi səngiməsə, pilotlar rəqibləri ilə yanaşı, küləklə də mübarizə aparmalı olacaqlar. Nəticədə mübarizənin daha maraqlı olacağı gözlənilir.

Qeyd edək ki, 2018 Formula 1 Azərbaycan Qran Prisinin həlledici mərhələsi bu gün 16:10-da başlayacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə