"Real"- "Bavariya" matçını Cüneyt Çakır idarə edəcək

"Real"- "Bavariya" matçını Cüneyt Çakır idarə edəcək
UEFA Çempionlar Liqasının yarımfinal mərhələsində "Real"la "Bavariya" arasındakı matçın hakimləri hakim müəyyənləşib. UEFA mayın 1-də baş tutacaq qarşılaşmanı Cüneyt Çakıra tapşırıb. Türk referiyə Bahattin Duran və Tarık Ongun yardımçı olacaq. Dördüncü hakim funksiyasını Mustafa Emre Eyisoy yerinə yetirəcək. Hüseyn Göçek və Barış Şimşek isə qarşılaşmanın əlavə köməkçi hakimləri olacaq.

Qeyd edək ki, Çempionlar Liqasında 37-ci matçına çıxacaq Cüneyt Çakır 2015-ci ildə idarə etdiyi "Barselona" - "Yuventus" (3:1) finalından başqa 5-ci dəfə yarımfinalda fit çalacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə

Digər layihələrimiz


Səs TV qaynar xətt: +(994 55) 699-88-81, +(994 12) 598-33-90, sesmediaqrup@gmail.com