F2 üzrə ikinci əsas yarışın qalibləri müəyyənləşdi - FOTOLAR

F2 üzrə ikinci əsas yarışın qalibləri müəyyənləşdi - FOTOLAR

2018 Formula 1 Azərbaycan Qran Prisi çərçivəsində Formula 2 üzrə ikinci əsas yarış keçirilib. SİA-nın məlumatına görə, yarışda hər biri iki pilotla təmsil olunan on komanda birincilik uğrunda mübarizə aparıb. Pilotlar 45 dəqiqə ərzində uzunluğu 6 kilometr olan Bakı trekində 21 dövrə vurublar.

Yürüşün qalibi “ART Grand Prix” komandasının pilotu George Russel olub. O, 1 dəqiqə 56,891 saniyəlik nəticə ilə bütün rəqiblərini qabaqlayıb. “Carlin” komandasının pilotu Serjio Sette Kamara yarışı ikinci, “Pertamina Prema Theodore Racing”in sürücüsü Nik De Vries üçüncü pillədə başa vurub.

Qeyd edək ki, Bakıda Formula 2 üzrə birinci yarışda “Dams” komandasının pilotu Aleksander Albon qalib gəlib. O, 29 dövrənin yekununda 1 saat 3 dəqiqə 41,627 saniyəlik nəticə ilə fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. “ART Grand Prix” komandasının pilotu Cek Aitken ikinci, “Charouz Racing System”in sürücüsü Antonio Fuoko üçüncü olub.

Bütün xəbərlər Facebook səhifəmizdə