2018 Formula 1 Azərbaycan Qran Prisinin start düzülüşü müəyyənləşib - NƏTİCƏLƏR
2018 Formula 1 Azərbaycan Qran Prisinin sıralanma turu başa çatıb. SİA-nın məlumatına görə, yürüşə hər biri iki pilotdan ibarət on komanda qatılıb. Yürüş iştirakçıları 1 saat ərzində uzunluğu 6 kilometr olan Bakı trekində yarışıblar.
Sıralanma turunun nəticəsinə, əsasən Azərbaycan Qran-Prisinin start düzülüşü müəyyənləşib. Yürüşün start düzülüşü aşağıdakı kimidir:
1. Sebastian Fettel, “Ferrari” - 1:41.498
2. Luis Hamilton, “Mercedes” - 1:41.677
3. Valtteri Bottas, “Mercedes”- 1:41.837
4. Daniel Rikkardo, “Red Bull Racing” -1:41.911
5. Maks Ferstappen,“Red Bull Racing” - 1:41.994
6. Kimi Raykonnen "Ferrari" - 1:42.490
7. Eseteban Okon “Force India” - 1:42.523
8. Serxio Peres, “Force India” - 1:42.547
9. Niko Hulkenberq, Renault” - 1:43.066
10. Karlos Sainz, “Renault" - 1:43.351
11. Lans Stroll, “Williams”
12. Sergey Sirotkin , “Williams”
13. Fernando Alonso, “McLaren”
14. Çarles Lekler, “Sauber”
15. Kevin Maqnussen, “Haas"
16. Stoffel Vandurn, “McLaren”
17. Pyer Qasli, “Toro Rosso”
18. Markus Eriksson, “Sauber”
19. Brendon Hartli, “Toro Rosso”
20. Pilotlar Roman Qrojan, “Haas”
Qeyd edək ki, 2018 Formula 1 Azərbaycan Qran Prisində “Renault” komandasının almaniyalı pilotu Niko Hulkenberq mühərrik dəyişikliyi ilə əlaqədar beş mövqe cəzalandırılıb. N.Hülkenberq 3-cü sərbəst yürüş zamanı pit-stop həyata keçirərkən komanda texniki qüsurlarla əlaqədar mühərriki dəyişməli olub. Formula 1 qaydalarına əsasən, bir mühərrik azı 6 mərhələdə istifadə olunmalıdır. Bununla əlaqədar olaraq N.Hulkenberqə cəza verilib. Beləliklə, sıralanma turunda tutduğu yerdən asılı olmayaraq, almaniyalı pilot yarışa 5 mövqe geridən başlayacaq.
Xatırladaq ki, aprelin 29-da Formula 1 azarkeşləri Azərbaycan Qran Prisində qalib adı uğrunda mübarizənin şahidi olacaqlar.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB