2018 Formula 1 Azərbaycan Qran Prisinin üçüncü sərbəst yürüşünə yekun vurulub. SİA-nın məlumatına görə, yürüşə hər biri iki pilotdan ibarət 10 komanda qatılıb.
“Ferrari”nin pilotu Sebastyan Fettel 1 dəqiqə 43,091 saniyə göstərici ilə birinci olub. “Mercedes”in sürücüsü Luis Hamilton yürüşü ikinci, “Ferrari”nin digər pilotu Kimi Raikkonen isə üçüncü yerdə başa vurub.
Bu gün saat 17:00-da sıralanma turu təşkil olunacaq. Aprelin 29-da isə Formula 1 azarkeşləri Azərbaycan Qran Prisində qalib adı uğrunda mübarizənin şahidi olacaqlar.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB