Bakıda F2 üzrə birinci yarışın qalibləri müəyyənləşdi - FOTOLAR

Bakıda F2 üzrə birinci yarışın qalibləri müəyyənləşdi - FOTOLAR

"Dams" komandasının pilotu Aleksander Albon 2018 Formula 1 Azərbaycan Qran Prisi çərçivəsində Bakıda keçirilən Formula 2 üzrə birinci yarışın qalibi olub. SİA-nın məlumatına görə, 29 dövrənin yekununda A.Albon 1 saat 3 dəqiqə 41,627 saniyəlik nəticə ilə fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. "ART Grand Prix"in pilotu Cek Aitken ikinci, "Charouz Racing System"in üzvü Antonio Fuoko üçüncü olub.

Qeyd edək ki, aprelin 29-da 21 dövrədən ibarət ikinci yarış təşkil olunacaq.

NƏTİCƏLƏR:

Bütün xəbərlər Facebook səhifəmizdə