Paul Monaghan: "Qəzanın səbəbini müəyyənləşdirmək çətindir" - AÇIQLAMA

Paul Monaghan: "Qəzanın səbəbini müəyyənləşdirmək çətindir" - AÇIQLAMA

"Red Bull Racing"in texniki nümayəndəsi Paul Monaghan mətbuat konfransında 2018 Formula 1 Azərbaycan Qran Prisinin ilk sərbəst yürüşündə komandasının pilotu Maks Ferstappeninin qəza törətməsi ilə bağlı fikirlərini bildirib. SİA-nın məlumatına görə, o, qəzanın səbəbini müəyyənləşdirməyin çətin olduğunu qeyd edib: “Bolid bir az zədə alıb. Ön hissəsinin sol küncünü dəyişməli olduq. Sol tərəfdə bir az təmir işləri apardıq. Qəzanın səbəbini müəyyənləşdirmək çətindir. Heç nə qırılmayıb, heç nə nasaz deyil. Məncə, Maks eyni nöqtədə çox tormozlama etdi. Səbəbi araşdırırıq, ancaq ciddi bir problem olduğunu düşünmürəm. Maks mübarizəyə davam edəcək. Narahatçılığa heç bir əsas yoxdur”.

Bütün xəbərlər Facebook səhifəmizdə