Bədii gimnastika üzrə 17-ci açıq Azərbaycan birinciliyi və Bakı çempionatı davam edir

Bədii gimnastika üzrə 17-ci açıq Azərbaycan birinciliyi və Bakı çempionatı davam edir

Xəbər verdiyimiz kimi, bədii gimnastika üzrə 17-ci açıq Azərbaycan birinciliyi və Bakı çempionatı keçirilir.  SİA-nın məlumatına görə, Bakı Olimpiya İdman Kompleksində təşkil olunmuş yarışda artıq ikinci gündü mübarizə davam edir. Bu gün çempionata 1995-1997, 1998 və 1999-cu il təvəllüdlü idmançılar qatılıblar. Nəticələr hələ ki, məlum deyil.
Qeyd edək ki, yarışda Bakı Gimnastika Məktəbinin, Respublika Kompleks İdman Məktəbinin, "Neftçi", "Təhsil", "Spartak", "Sərhədçi", "Zirvə" idman cəmiyyət və mərkəzlərinin komandalarının gimnastları, Gəncə, Gürcüstan, Rusiya, Özbəkistan və Ukraynanın gənc idmançıları iştirak edirlər.

Bütün xəbərlər Facebook səhifəmizdə