F1 yarışının ilk sərbəst yürüşünün nəticələri müəyyənləşib

F1 yarışının ilk sərbəst yürüşünün nəticələri müəyyənləşib

2018 Formula 1 Azərbaycan Qran Prisinin ilk sərbəst yürüşündə “Mercedes” komandasının pilotu Valtteri Bottas birinci olub. SİA-nın məlumatına görə, pilot 1 dəqiqə 44,242 saniyəlik nəticə ilə bütün rəqiblərini qabaqlayıb. “Red Bull Racing” komandasının sürücüsü Daniel Rikkiardo ikinci nəticə göstərib. Serxio Peres (“Force India”) isə yarışı üçüncü pillədə başa vurub.

Qeyd edək ki, saat 17:00-da ikinci sərbəst yürüş keçiriləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə