Bakıda F1 yarışında ilk qəza - FOTOLAR - SON DƏQİQƏ

Bakıda F1 yarışında ilk qəza - FOTOLAR - SON DƏQİQƏ

2018 Formula 1 Azərbaycan Qran Prisinin ilk sərbəst yürüşündə "Red Bull Racing" komandasının pilotu Maks Ferstappen qəza törədib. SİA-nın məlumatına görə, niderlandlı pilot dönmə hərəkəti zamanı idarəetməni itrirərək bolidini baryerə çırpıb. Maşında tüstüləmə baş verib. Marşallar dərhal müdaxilə edərək pilotu təxliyə ediblər. Nəticədə M.Ferstappen yürüşü davam etdirə bilməyib və onun bolidi trekdən kənarlaşdırılıb.

Qeyd edək ki, M. Ferstappen sərbəst yürüşdə qəza törədənə qədər 2-ci yerdə qərarlaşmışdı.

Müəllif: Elgün Vidadioğlu

Bütün xəbərlər Facebook səhifəmizdə