AÇ-də hansı qadın güləşçilərimiz yarışacaq? - HEYƏT

AÇ-də hansı qadın güləşçilərimiz yarışacaq? - HEYƏT

Rusiyanın Kaspiysk şəhərində keçiriləcək Avropa çempionatı üçün qadın güləşi üzrə Azərbaycan yığmasının heyəti açıqlanıb. SİA-nın məlumatına görə, baş məşqçi Aslan Ağayevin rəhbərliyi altında Mariya Stadnik (50 kq), Anjela Doroqan (53 kq), Solmaz Həşimzadə (55 kq), Alyona Kolesnik (57 kq), Tatyana Omelçenko (59 kq), Elmira Qəmbərova (62 kq), Elis Manolova (65 kq), İrina Netreba (68 kq), Səbirə Əliyeva (76 kq) çıxış edəcəklər. Qonşu ölkəyə məşqçi qismində Rövşən Umudovla Andrey Stadnik də yollanacaq.

Qeyd edək ki, qadın güləşçilərin mübarizəsi 2 - 4 mayda olacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə