“Red Bull Racing”in pilotları “Niva” ilə Qobustanda gəziblər - FOTO
2018 Formula 1 Azərbaycan Qran Prisi ərəfəsində “Red Bull Racing” komandasının pilotları Qobustan Dövlət Tarixi-Bədii Qoruğunda olublar. SİA-nın məlumatına görə, Daniel Rikkardo və Maks Ferstappen qoruğun ərazisində məxsusi olaraq Avstriya konserninin rəngləri ilə boyanmış “Niva” markalı avtomobilləri sürüblər. Promo kampaniyasının təşkilatçıları hər iki maşına “Mənim digər maşınım – RB14” yarlığını yapışdırıblar. Arxa şüşəyə vurulmuş daha bir yazıda deyilir: “Mən necə sürürəm? 555-2368 nömrəsi ilə Kristiana zəng edin”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB