"Bavariya" öz meydanında "Real"a uduzub

"Bavariya" öz meydanında "Real"a uduzub

Futbol üzrə UEFA Çempionlar Liqasının yarımfinal mərhələsinin daha bir görüşü keçirilib. "Bavariya" öz meydanında Madrid "Real"ını qəbul edib. Münhendəki "Alyans Arena"da təşkil olunmuş qarşılaşmada qonaqlar 2:1 hesabı ilə qalib gəliblər.

Hərçənd, hesabı 28-ci dəqiqədə "Bavariya"nın futbolçusu Coşua Kimmix açıb. Lakin 8-ci dəqiqədə Aryen Robben, 34-cü dəqiqədə isə Jerom Boatenqin zədələnərək, əvəzlənmələri almaniyalıların oyununa təsirsiz ötüşməyib. Nəticədə "Real Madrid" 44-cü dəqiqədə Marselo, 57-ci dəqiqədə isə Marko Asensionun qolları ilə əzmkar qələbəyə nail olub. Cavab matçı mayın 1-də Madriddəki "Santyaqo Bernabeu" stadionunda keçiriləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə