Rauf Əliyev: "Komandamın uğurunu şəxsi nailiyyətimdən daha üstün sayıram"

Rauf Əliyev: "Komandamın uğurunu şəxsi nailiyyətimdən daha üstün sayıram"

"Qarabağ" klubu son turda MOİK-i 3:0 hesabıyla keçərkən oyunda dubl edən Rauf Əliyevin qələbədə böyük payı oldu. 21 yaşlı forvard cari mövsüm vurduğu qolların sayını 4-ə çatdırmaqla yanaşı, çempionatda ilk dəfə dubla sevindi. Buna qədər isə Rauf bir dəfə dubl etmişdisə, bu 2007-2008 il mövsümündə 19 yaşında "İnter"lə kubok mücadiləsinə təsadüf etmişdi. Ötən mövsüm aktivinə 5 qol yazdıran Rauf cari mövsüm daha uzağa getməyi planlaşdırır. Millinin 21 yaşlı üzvü bu barədə klubun rəsmi saytına açıqlama verib: "Son turda ilk dəfə Premyer Lliqada dubl etdim. Hətta het-trik etmək imkanım da oldu. İnanıram ki, getdicə daha çox qol vuracağam. Ötən mövsümlə müqayisədə indi meydana daha çox çıxıram. Qurban müəllimin mənə inanması məni daha da yaxşı oynamağa kökləyir. İnşallah, bu il hədəfim ən azı qol vurmaqdır. Təbii ki, ilk növbədə "Qarabağ"ın uğuru daha önəmlidir. Komandamın uğurunu şəxsi nailiyyətimdən daha üstün sayıram".

Bütün xəbərlər Facebook səhifəmizdə