Tunisdə keçirilən sərbəst, yunan-Roma və qadın güləşi üzrə beynəlxalq turnir başa çatıb. Turnir hər üç növ yığma komandamız üçün uğurlu olub. Komandalarımız bütövlükdə 8 qızıl, 2 gümüş və 1 bürünc medal əldə ediblər.
Yunan-Roma güləşi üzrə yığma komandamızın üzvləri Həsən Əliyev (66 kq) qızıl, Elvin Mürsəliyev (74 kq) gümüş medal qazanıb.
Sərbəst güləşçilərimiz Cəlal Süleymanov (60 kq), Elmir Qəmbərov (66 kq) və Emin Əzizov (74 kq) bütün görüşlərini qələbə ilə başa vuraraq turnirin qızıl medallarına sahib olublar.
Qadın güləşçilərimizdən Marziget Baqomedova (48 kq), Anjela Doroqan (51 kq), Olesya Zamula (63 kq) və Nataliya Palamarçuk (72 kq) qızıl, Patimat Baqomedova (51 kq) gümüş, Zümrüd Qurbanhacıyeva (72 kq) isə bürünc medal qazanıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB