Paralimpiyaçı cüdoçularımız Antalyada 6 medal qazanıblar - FOTOLAR
Antalyada cüdo idman növü üzrə keçirilən IBSA dünya kuboku yarışları başa çatıb. SİA-nın məlumatına görə, yığmamız yarışda 1 qızıl, 1 gümüş və 4 bürünc medal qazanıb.
Hüseyn Rəhimli (81kq) fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Sevda Vəliyeva (52 kq) gümüş medal qazanıb. Səbinə Abdullayeva (57 kq), Orxan Qarayev (60 kq), Kənan Abdullaxanlı (90 kq) və İlham Zəkiyev (100 kq-dan yuxarı) bürünc medal qazanıblar.
Millimiz dünya kuboku yarışlarında Azərbaycan Cüdo Federasiyası və “Neftçi” idman klubunun dəstəyi ilə çıxış edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB