Azərbaycan idmançılarının növbəti uğuru

Azərbaycan idmançılarının növbəti uğuru

Noyabrın 9-da Bakı Olimpiya İdman Kompleksində bədii gimnastika üzrə 17-ci açıq Azərbaycan birinciliyi və Bakı çempionatının ilk günü başa çatıb. SİA-nın məlumatına görə, çempionatın ilk günü Azərbaycan idmançıları üçün uğurlu olub. Azərbaycan idmançıları Dərya Sarokina (2002-ci il), Leyli İbrahimova (2001-ci il) və Jalə Piriyeva (2000-ci il) fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar.

Azərbaycan, Gürcüstan, Ukrayna, Rusiya və Özbəkistan gimnastlarının iştirak etdiyi turnirin ilk günü 2000, 2001 və 2002-ci il təvəllüdlü idmançılar mübarizə aparıblar.

Bütün xəbərlər Facebook səhifəmizdə