Bədii gimnastika üzrə 17-ci açıq Azərbaycan birinciliyi və Bakı çempionatının açılış mərasimi keçirilib
Noyabrın 9-da Bakı Olimpiya İdman Kompleksində Bədii gimnastika üzrə 17-ci açıq Azərbaycan birinciliyi və Bakı çempionatının açılışı olub. SİA-nın məlumatına görə, mərasimdə çıxış edən gənclər və idman nazirinin müavini İsmayıl İsmayılov ölkəmizdə idmana göstərilən böyük diqqət və qayğıdan danışıb. Qeyd olunub ki, Prezident İlham Əliyevin Milli Olimpiya Komitəsinə rəhbər seçilməsindən sonra Azərbaycanda olimpiya hərəkatı geniş vüsət alıb. Bu diqqətin nəticəsidir ki, ötən il Azərbaycan idmançıları 619 medal medal qazanmış və cari ildə ölkəmizdə 40-dan çox beynəlxalq yarış keçirilib.
Yarışda Bakı Gimnastika Məktəbinin, Respublika Kompleks İdman Məktəbinin, "Neftçi", "Təhsil", "Spartak", "Sərhədçi", "Zirvə" komandalarının nümayəndələri, Gəncə idmançıları ilə yanaşı Gürcüstan, Rusiya, Özbəkistan və Ukraynanın gənc gimnastları da çıxış edirlər.
Turnirdə ilk dəfə 2000-2003-cü il təvəllüdlü idmançılardan ibarət komandalar da iştirak edəcəklər.
Azərbaycanın 8 komandası alətsiz hərəkətlərlə bacarıqlarını nümayiş etdirəcəklər. 6 yaş qrupu (1995-1997, 1998, 1999, 2000, 2001 və 2002-ci il) üzrə keçirilən turnirinə noyabrın 10-da yekun vurulacaqdır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB