Güləşçilərimiz Daşkənddə keçirilmiş sambo üzrə dünya çempionatında uğurla çıxış ediblər
Noyabrın 4-dən 8-dək Daşkəndin "Jar" idman kompleksində keçirilən sambo üzrə dünya çempionatı başa çatıb. SİA-nın məlumatına görə, dünyanın 40 ölkəsindən 500-dən artıq güləşçinin iştirak etdiyi çempionatda Azərbaycanı yeddi idmançı təmsil edib.
Turnirdə 52 kiloqram çəki dərəcəsində Elçin Mayılov qızıl medal qazanıb. Komandamızın digər üzvlərdən İslam Qasımov (57 kq) gümüş, Elnur Əhmədov (62 kq) və Elməddin Əhmədov (82 kq) isə bürünc medallara sahib olublar.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB