Ölkəmizdə qadın futbolunun inkişafı, kütləviliyinin təmin olunması və qızların bu idman növünə marağını artırmaq məqsədilə AFFA tərəfindən müxtəlif layihələr həyata keçirilir. SİA AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, 2010-cu il oktyabrında start götürən 15 yaşadək qızlardan ibarət komandalar arasında Azərbaycan çempionatı məhz bu qəbildən olan tədbirlərdəndir. Liqada regionlar üzrə bölgüyə əsasən 2 qrupda ümumilkdə 16 komanda mübarizə aparır. "U-15 qızlar Liqası" adlanan çempionat bundan sonra UNİSEF-in dəstəyi ilə keçiriləcək və "U-15 UNİSEF qızlar Liqası" adlanacaq. Artıq bununla bağlı AFFA ilə UNİSEF arasında razılıq əldə olunub.
UNICEF-in bu liqanı dəstəkləməsi onun bütün uşaqların, xüsusilə ən həssas qruplardan olan uşaqların sağlamlığı, inkişafı və müdafiəsində, eləcə də uşaqlar naminə və onlarla birlikdə çalışmaqda maraqlı olmasından irəli gəlir. Bu idman növündə iştirak etmək qızların sağlam həyat tərzi sürmələri, səylə işləməyə davam etmələri, məktəbdə nailiyyətlər əldə etmələri, erkən nigahlardan müdafiə olunmaları, özlərini ifadə etməyə müvəffəq olmaları və həyatlarına təsir edən qərarların qəbul edilməsində iştirak etmələrini stimullaşdıran önəmli bir faktor ola bilər.
"U-15 qızlar Liqası"nda Qərb regionunun oyunları İsmayıllı Olimpiya İdman Kompleksində, Şərq regionunun oyunları isə Şağan Olimpiya İdman Kompleksində keçirilir.

Bütün xəbərlər Facebook səhifəmizdə

USD
EUR
GBP
RUB