“Trabzonspor” “Qalatasaray”a yerini göstərdi – NƏTİCƏLƏR

Türkiyə Superliqasında 11-ci turun növbəti oyunları keçirilib. SİA-nın məlumatına görə, turun mərkəzi qarşılaşması "Trabzonspor" – "Qalatasaray" matçı olub. Oyunda meydan sahibi qonaqları məğlub edib. Belə ki, trabzonlular "Qalatasaray"ın qapısından iki cavabsız top keçiriblər. Oyunda Umut Bulut dubl edib.

Digər oyunların nəticələri:

"Sivasspor" – "İstanbul BB" 0:4
"Manisaspor" – "Konyaspor" 0:1
"Trabzonspor" – "Qalatasaray" 2:0

Bu gün isə "Beşiktaş" – "Kasımpaşa" oyunu baş tutacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə