Bakıda keçirilən bodibildinq üzrə 64-cü dünya çempionatı başa çatıb

Bakıda keçirilən bodibildinq üzrə 64-cü dünya çempionatı başa çatıb

Heydər Əliyev Sarayında keçirilən kişilər arasında bodibildinq üzrə 64-cü dünya çempionatı başa çatıb. SİA-nın məlumatına görə, yarışda Azərbaycan idmançıları Həmid Reza Kəşani (90 kq) gümüş, Vüqar Verdiyev (85 kq) və Əhməd Əlverdi (100 kq) bürünc medala qazanıblar.

Digər idmançılarımız Leonid İstomin (+100 kq) 4-cü, İlyas Xələfov (80 kq) isə 6-cı olub.
Digər çəki dərəcələrində Kyinq Mo Park (60 kq, Koreya), İlya Nazin (65 kq, Rusiya), Mahmut İrmak (70 kq, Türkiyə,) Əli Hüseyn Yasim (75 kq, Bəhreyn), Əhməd Əl Sədani (80 kq, Misir), Hacı Əl Bəluşi (85 kq, Oman), Sami Əl Haddad (90 kq, Bəhreyn), Mohammed Turi (100 kq, Mərakeş) və Əhməd Hamuda (+100 kq, Misir) fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar.
Ümumi komanda hesabında Misir birinci, Koreya ikinci, Bəhreyn isə üçüncü olub.

Bütün xəbərlər Facebook səhifəmizdə