"Roma" 19 yaşlı futbolçu ilə müqavilə müddətini uzadıb

"Roma" 19 yaşlı futbolçu ilə müqavilə müddətini uzadıb

İtaliyanın "Roma" klubu futbolçusu Luka Pelleqrini ilə müqavilənin müddətini uzadıb. Klubun saytında yer alan məlumata görə, 19 yaşlı müdafiəçi ilə sözləşmənin müddəti 2022-ci ilin iyununa qədərdir. "Roma"nın 19 yaşadək futbolçulardan ibarət komandasında çıxış edən oyunçu bu mövsümdən əsas komandaya qoşulub. Lakin o, hələ ki, debüt etməyib.

Bütün xəbərlər Facebook səhifəmizdə