“Shamkir Chess 2018” super turniri birbaşa yayımlanacaq

“Shamkir Chess 2018” super turniri birbaşa yayımlanacaq

Beynəlxalq qrossmeyster Vüqar Həşimovun xatirəsinə həsr olunan “Shamkir Chess 2018” super turnirində bütün partiyalar birbaşa yayımlanacaq. Turnirin mətbuat xidmətindən SİA-ya bildiriblər ki, yarışın rəsmi saytı - www.shamkirchess.com vasitəsilə oyunları birbaşa izləmək mümkün olacaq.

Partiyaları Azərbaycan və ingilis dillərində müvafiq olaraq Əməkdar Məşqçi, beynəlxalq usta Anar Allahverdiyev və qrossmeysterlər Lyubomir Lyuboyeviç (Serbiya) ilə İqor Henkin (Almaniya) şərh edəcəklər.

Partiyalarla yanaşı, şahmatçıların mətbuat konfransları da onlayn rejimdə göstəriləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə