Qvardiola açıqladı: Aquero "Tottenhem"ə qarşı oynamayacaq

Qvardiola açıqladı: Aquero "Tottenhem"ə qarşı oynamayacaq

"Mançester Siti"nin futbolçusu Serxio Aquero İngiltərə Premyer Liqasının 34-cü turunda "Tottenhem"lə oyunu buraxacaq. Qol.az-ın Britaniya mətbuatına istinadən yaydığı xəbərə görə, bu barədə klubun baş məşqçisi Pep Qvardiola məlumat verib. O bildirib ki, argentinalı hücumçu tam hazır deyil: "Aquero zədəlidir. O, "Liverpul"la matçda bizə kömək etməyə çalışdı. Amma 100 faiz hazır deyil. Onun formasını nə zaman bərpa edəcəyini bilmirəm. Ümid edirəm ki, mövsümün son matçlarında bizimlə olacaq".

Qeyd edək ki, "Tottenhem" - "Mançester Siti" qarşılaşması bu gün keçiriləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə