Diana Tuvakbayeva: "Bakıda Avropa çempionatı üçün çox gözəl şərait yaradılıb" - AÇIQLAMA
"Yarışlar haqqında təəssüratlarım çox gözəldir. Milli Gimnastika Arenası əladır. Tribunalarda ab-hava müsbətdir. Bakıda Avropa çempionatı üçün çox gözəl şərait yaradılıb". SİA-nın məlumatına görə, bunu Bakıda keçirilən batut gimnastikası, ikili mini-batut və tamblinq yarışları üzrə 26-cı Avropa çempionatında iştirak edən ukraynalı gimnast Diana Tuvakbayeva deyib.
O, ilk dəfədir Azərbaycana gəldiyini bildirdib: "Burada hər şey xoşuma gəlir. Komandamız üçün Bakı şəhərinə ekskursiya təşkil olunub. İçərişəhəri çox bəyəndim. Şəhərin görməli yerlərini gəzdik, xeyli maraqlı məlumatlar aldım".
Batutda tullanma üzrə təsnifat yarışlarında çıxış edən gimnast çempionatda iştirak edən idmançıların hazırlığının yüksək, rəqabətin güclü olduğunu vurğulayıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB