AL-in yarımfinalında qarşılaşacaq cütlüklər müəyyənləşib

AL-in yarımfinalında qarşılaşacaq cütlüklər müəyyənləşib

Bu gün UEFA Avropa Liqasında yarımfinal mərhələsinin püşkü atılıb. SİA-nın məlumatına görə, İsveçrənin Nyon şəhərində, UEFA-nın mənzil-qərargahında təşkil olunan tədbirdə komandalar final yolundakı rəqiblərini tanıyıblar.

London "Arsenal"ı Madrid "Atletiko"suna rəqib olub. Bu cütlüyün mübarizəsini Avroliqada erkən final adlandırmaq olar.

Yarımfinal

"Marsel" (Fransa) - "Zalsburq" (Avstriya)

"Arsenal" (İngiltərə) - "Atletiko" (İspaniya)

Qeyd edək ki, yarımfinalın ilk oyunları 26 aprel, cavab görüşləri 3 mayda keçiriləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə