Azərbaycan gimnastı: “Əsas məqsədim Avropa çempionatının finalına vəsiqə qazanmaqdır” - AÇIQLAMA

Azərbaycan gimnastı: “Əsas məqsədim Avropa çempionatının finalına vəsiqə qazanmaqdır” - AÇIQLAMA

“Əsas məqsədim Avropa çempionatının finalına vəsiqə qazanmaqdır”. Bunu SİA-ya açıqlamasında Bakıda keçirilən batut gimnastikası, ikili mini-batut və tamblinq üzrə 26-cı Avropa çempionatında çıxış edən Azərbaycan təmsilçisi Tofiq Əliyev deyib.

Yeniyetmə idmançımız qeyd edib ki, Avropa çempionatında ilk dəfədir çıxış edir: “Həm belə böyük yarışda, həm də ikili mini-batut növündə ilk dəfədir mübarizə aparıram. Bu çempionat mənim üçün çox yaxşı təcrübədir. Yarış 13-17 yaşlı idmançılar arasında keçirildiyi üçün yaxşı nəticə göstərmək nisbətən çətindir. Ancaq məqsədim finala vəsiqə qazanmaqdır. Bu yarışda ən güclü rəqiblərim rusiyalı və britaniyalı idmançılardır”.

İdmançımız yüksək səviyyədə hazırlıq keçdiyini vurğulayıb: “Məşqçim Hafiz Rzayev də çıxışımdan razı qaldı. Ən böyük arzum Azərbaycanı beynəlxalq yarışlarda uğurla təmsil edərək yaxşı nəticə göstərməkdir”.

14 yaşlı gimnastımız milli komandamızın üzvlərinə uğurlar arzulayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə