Bakıda Avropa çempionatının ikinci gününün yarışları keçirilir

Bakıda Avropa çempionatının ikinci gününün yarışları keçirilir

Azərbaycanda ilk dəfə olaraq keçirilən batut gimnastikası, ikili mini-batut və tamblinq üzrə 26-cı Avropa çempionatı davam edir. SİA-nın məlumatına görə, çempionatın ikinci günündə həm gənclər, həm də böyüklər arasında bütün növlər üzrə təsnifat mərhələləri və komandalar arasında finallar keçirilir.
Azərbaycan təmsilçilərindən batut gimnastikası üzrə böyüklər arasında İlya Qrişunin, Ruslan Ağamirov, qadınlar arasında isə Veronika Zemlianaia və Sviatlana Makştarova, ikili mini-batutda gənclər arasında Tofiq Əliyev, qızlar arasında isə Selcan Mahsudova öz bacarıqlarını nümayiş etdirirlər.
Qeyd edək ki, Avropa çempionatının qalibləri gənc gimnastlar 2018-ci ildə baş tutacaq Gənclər arasında Olimpiya Oyunlarına, böyük gimnastlar isə 2019-cu ilin Avropa Oyunlarına lisenziyanı məhz Bakıda əldə edə biləcəklər.

Bütün xəbərlər Facebook səhifəmizdə