AL-də yarımfinal mərhələsinin püşkü atılacaq

AL-də yarımfinal mərhələsinin püşkü atılacaq

UEFA Avropa Liqasında yarımfinal mərhələsinin püşkü atılacaq. SİA-nın məlumatna görə, İsveçrənin Nyon şəhərində, UEFA-nın mənzil-qərargahında təşkil olunacaq tədbir bu gün Bakı vaxtı ilə saat 15:00-da start götürəcək.

“Arsenal” (İngiltərə), “Atletiko” (İspaniya), “Marsel” (Fransa) və “Zalsburq” (Avstriya) yarımfinalda bir-birlərinə rəqib olacaqlar.

Qeyd edək ki, yarımfinalın ilk oyunları 26 aprel, cavab görüşləri 3 mayda keçiriləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə