Rusiya gimnastı Bakıdakı Avropa çempionatı barədə: "Hər şey sadəcə möhtəşəmdir"
Rəqiblər həmişə güclüdür, amma yaxşı nəticə əldə etməyə köklənməlisən. Bunu Trend-ə Bakıda keçirilən batut gimnastikası, ikili mini-batut və tamblinq üzrə Avropa çempionatında çıxışından sonra Rusiya gimnastı Anna Korobeynikova deyib. A.Korobeynikova bildirib: "İndiyə qədər yalnız ilkin yarışlar keçirilib, ona görə deyə bilmərəm ki, çıxışımı necə qiymətləndirirəm. Azarkeşlər çox kömək edir, onlar öz dəstəkləri ilə idmançıları yaxşı çıxış etməyə kökləyirlər".
İdmançı yarışların təşkilini müsbət qiymətləndirib və Bakıda keçirilən çempionatı həqiqətən sevdiyini vurğulayıb: "Hər şey sadəcə möhtəşəmdir. Mənim şəhəri gəzməyə vaxtım var idi, bulvarda oldum, Bakı gözəldir".
Qeyd edək ki, bu gün Bakıda batut gimnastikası, ikili mini-batut və tamblinq üzrə Avropa çempionatının birinci günü start götürüb. Yarışların birinci günündə gənclər arasında batut, eləcə də böyüklər arasında ikili mini-batut və tamblinq üzrə yarışlar keçirilir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB