"Neftçi" futbolçusu: "Ümidimiz finala vəsiqə qazanmaqdır"

"Neftçi" futbolçusu: "Ümidimiz finala vəsiqə qazanmaqdır"

"Çətin oyun olacağını bilirdik. Oyuna çox yaxşı hazırlaşmışdıq. İkinci matça daha da sərfəli nəticə ilə yollanırıq. Kubok iki oyundan ibarətdir. Hər şey ola bilər. Cavab oyununa daha yaxşı şəkildə hazırlaşmalıyıq. Birinci oyundakı yaxşı çıxışı yenidən sərgiləyib, finala vəsiqə qazanmaq istəyirik".

Bunu "Report"a açıqlamasında Azərbaycan Kubokunun yarımfinal matçında səfərdə "Qəbələ"ni 2:1 hesabı ilə məğlub edən "Neftçi" klubunun futbolçusu Namiq Ələsgərov söyləyib. Yarımmüdafiəçi daha sonra vurduğu qol haqqında danışıb: "Bu oyunda çox istəkli idim. Qol vurmaq və komandama kömək etmək istəyirdim. Qələbə də qazandıq. Komandanın oyunu yaxşı alındı".

23 yaşlı yarımmüdafiəçi sonda cavab oyunu haqqında fikirlərini bölüşüb: "Ümidimiz finala vəsiqə qazanmaqdır. Əlimizdən gələni edəcəyik ki, o oyunda da sərfəli nəticə ilə finala vəsiqə qazanaq".

Bütün xəbərlər Facebook səhifəmizdə