"Neftçi" "Qəbələ"yə qalib gəldi

"Neftçi" "Qəbələ"yə qalib gəldi

Futbol üzrə Azərbaycan kubokunda yarımfinal mərhələsinə start verilib. Mərhələnin ilk oyunları keçirilib. Günün ilk qarşılaşmasında Topaz Premyer Liqada medallar uğrunda mübarizədə rəqiblərinə uduzan "Keşlə" son vaxtlar özünün ən yaxşı oyununu sərgiləyən, 2018-ci ildə məğlubiyyət üzü görməyən "Sumqayıt"ı qəbul edib və 1:0 hesabı ilə qalib gəlib. Digər görüş isə Qəbələdə keçirilib. Qış fasiləsindən sonra sabit oyunu ilə fərqlənən "Neftçi" "Qəbələ"nin qonağı olub və 2:1 hesabı ilə qalib gəlib. Qeyd edək ki, komandalar arasında cavab oyunları aprelin 18-də olacaq.

12 aprel

Azərbaycan kuboku

Yarımfinal mərhələsinin ilk oyunları


18:00. “Qəbələ” – “Neftçi” - 1:2
Qollar:
Fransisko Qarsiya, 30 (0:1), Namiq Ələsgərov, 44 (0:2), Stiven Monroz, 90+1 (1:2)
Hakimlər: İnqilab Məmmədov, Akif Əmirəli, Yaşar Abbasov, Orxan Məmmədov
Qəbələ şəhər stadionu

16:00. “Keşlə” – “Sumqayıt” - 1:0
Qol:
Meza Kolli, 90+2
Hakimlər: Rəhim Həsənov, Knyaz Əmiraslanov, Vüqar Bayramov, Ömər Paşayev
“İnter Arena”

Bütün xəbərlər Facebook səhifəmizdə