"Neftçi”nin veteran futbolçusu, flaqmanın və Azərbaycan futbolunun canlı əfsanəsi Çingiz İsmayılovun 83 yaşı tamam olur. SİA-nın məlumatına görə, 1935-ci ildə dünyaya gəlmiş "Pələng” ləqəbli qapıçı 1956-1961-ci illər ərzində "Neftçi”nin heyətində 96 oyun keçirib. Çingiz İsmayılov futbolçu karyerasını bitirdikdən sonra 1987-1991-ci illərdə komandanın rəisi vəzifəsində çalışıb.
Tarixinə hər zaman böyük ehtiramla yanaşan "Neftçi” PFK "Qəbələ” ilə vacib səfər oyununa yollanmazdan əvvəl Çingiz müəllimə kiçik sürpriz hazırlayıb. Klubun bazasına dəvət olunan veteranı "Neftçi"nin prezident Kamran Quliyev, idman direktoru Ceyhun Sultanov, A komandasının məşqçi və futbolçu heyəti tam tərkibdə təbrik edib, ona möhkəm can sağlığı arzulayıb.
"Neftçi” ruhu”nun daşıyıcılarından və futbolumuzun ən böyük dəyərlərindən olan Çingiz İsmayılovu təbrik edir, ona cansağlığı, uzun ömür arzulayırıq!
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB