“Atletiko” Qrizmannın “Barselona”ya keçidinə "qırmızı işıq" yandırır

“Atletiko” Qrizmannın “Barselona”ya keçidinə "qırmızı işıq" yandırır

“Atletiko” Antuan Qrizmanna yeni müqavilə təklif etməyə hazırlaşır. Bu barədə “Mundo Deportivo” nəşri Madrid təmsilçisinin fransız futbolçuya illik 20 milyon avro (17.5 milyon funt sterlinq) dəyərində saziş təklif edəcəyini yazıb. Belə ki, Qrizmann təklifi qəbul edəcəyi təqdirdə, bonusları çıxmaqla, həftəlik 335 min funt sterlinq qazanacaq.

“Atletiko” bu yolla hücumçunun “Barselona”ya keçidinə mane olmağa çalışır. İspaniya mətbuatında çıxan son məlumatlara görə, katalon klubu sərbəst qalma məbləğini – 100 milyon avro – ödəyərək, Qrizmannı heyətinə qatmaq niyyətindədi. 27 yaşlı futbolçunun özünün də kubok qazanmaq iddiası ilə “Atletiko”nu “Barsa”ya dəyişmək istədiyi bildirilir.

Bütün xəbərlər Facebook səhifəmizdə