Arturo Vidal və David Alaba "Sevilya"ya qarşı oynamayacaqlar

Arturo Vidal və David Alaba "Sevilya"ya qarşı oynamayacaqlar

"Bavariya"nın futbolçuları Arturo Vidal və David Alaba Çempionlar Liqasının 1/4 final mərhələsində "Sevilya" ilə cavab oyununu buraxacaqlar. Almaniya mətbuatının yazdığına görə, bu barədə Münhen klubunun baş məşqçisi Yupp Haynkes məlumat verib. O, zədəli oyunçuların matç gününə kimi bərpa olmayacağını vurğulayıb.

Qeyd edək ki, "Bavariya" - "Sevilya" görüşü sabah keçiriləcək. Bu komandalar arasında ilk oyunda Almaniya təmsilçisi 2:1 hesabı ilə qalib gəlib.

Bütün xəbərlər Facebook səhifəmizdə