Millimizin rəqibi Ermənistanla qarşılaşacaq

Millimizin rəqibi Ermənistanla qarşılaşacaq

Millətlər Liqasının D divizionunda millimizin rəqibi olan Malta yığması yoldaşlıq oyunları keçirəcək. Qol.az-ın federasiyanın rəsmi saytına istinadən yaydığı xəbərə görə, “cırtdan” ölkə təmsilçisi mayın 29-da Ermənistan, iyunun 1-də Gürcüstan, 4-də isə Moldova ilə görüşlərdə qüvvəsini sınayacaq. Hər 3 qarşılaşma Avstriyadakı təlim-məşq toplanışı çərçivəsində keçiriləcək. Qeyd edək ki, yığmamızın Millətlər Liqasında Malta ilə ilk oyunu sentyabrın 10-da səfərdə olacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə