"Neftçi" "Qəbələ" səddini hər iki cəhddə keçib

"Neftçi" "Qəbələ" səddini hər iki cəhddə keçib

"Neftçi” aprelin 12-də Azərbaycan Kubokunun yarımfinal mərhələsinin ilk oyunu çərçivəsində "Qəbələ” ilə qarşılaşacaq. SİA-nın məlumatına görə, Qəbələ şəhər stadionunda keçiriləcək görüş saat 18:00-da start götürəcək. Flaqman bu komanda ilə indiyədək 3 kubok oyununda üz-üzə gəlib. Hər üç qarşılaşma 1:1 hesablı heç-heçə ilə nəticələnib. Həm 2013/2014 mövsümündəki final matçında, həm də 2015/2016 mövsümündəki yarımfinalda qalib penaltilər seriyasından sonra müəyyənləşib. Hər iki seriyada "Neftçi” qələbə qazanıb. 2013/2014 mövsümündə kuboku başı üzərinə qaldıran Flaqman 2015/2016-da da finala yüksəlməyi bacarıb.

Bütün xəbərlər Facebook səhifəmizdə